Tuesday, October 26, 2021
 
Başlıq
loqin
istifadəçinin adı :   
parol :   
 
Captcha:
[imzalayın]
NewsletterSignup
ad :   
elektron poçt :   


  çap        Dosta göndərin

konfrans

EKO Təşkilatına üzv ölkələrin Milli Kitabxana direktorlarının beşinci virtual iclası keçirilib

 

 

 

 

 

 

On beş iyun tarixində EKO Təşkilatının Milli Kitabxana direktorlarının beşinci virtual iclası keçirilib. İclasda , İFLA-nın Prezidenti Kristina Makenzi, İran İslam Respublikasının Milli Kitabxana və Arxivinin direktoru xanım Əşrəf Brucerdi; ECO Mədəniyyət İnstitutunun prezidenti cənab Sərvər Bəxti, eləcə də Türkiyə, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan və Azərbaycan  Milli Kitabxanalarının direktorları təmsil olunublar.

ECO Mədəniyyət İnstitutunun prezidenti cənab Sərvər Bəxti öz çıxışında qeyd etmişlər ki, EKO Təşkilatına üz ölkələrin neçə min illik mədəniyyət, tarix və incəsənət müştərəklikləri var, kitab insan təfəkkürünün nəticəsi və kitabxana seçilmiş insanların mədəniyyətlərini artırır. Buna görə də fikir və mədəniyyətin əbədi qalmasında əsas rol oynayır.

O, daha sonra davam etdi: "Xoşbəxtlikdən, EKO bölgəsində mədəni görüşlərin qəbulu gündən-günə artır və bu, bu bölgə xalqının mədəniyyəti üçün tam bir uğurdur." EKO Milli Kitabxanaları rəhbərlərinin görüşü, parlaq gələcək vəd edən və bölgə xalqının mədəniyyətini təbliğ edən ağıllı, müdrik və ortaq regional əməkdaşlıq istəklərinizi göstərən mədəniyyət sahəsindəki ən qədim görüşlərdən biridir.

Müasir texnologiyaların və virtual rabitə şəbəkələrinin geniş inkişafına baxmayaraq kitablar və kitab oxuma öz mövqelərini və əhəmiyyətini qorudu və bölgənin mədəniyyətini qorumaqda kitab və kitabxanaların rolu xüsusi əhəmiyyət daşıyır.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov onlayn iclasda çıxışına başlamazdan öncə Azərbaycan Milli Kitabxanası haqqında qısa tanıtım videosu iştirakçılara nümayiş olundu. Sonra çıxışına davam edən direktor bildirib ki, pandemiya dövründə Azərbaycan Milli Kitabxanası öz fəaliyyətini bir an da olsa dayandırmayıb və onlayn rejimdə öz oxucularına xidmətini davam etdirib. Bir ildən artıq pandemiya dövründə Azərbaycan Milli Kitabxanası 3 milyon oxucuya virtual rejimdə xidmət göstərib, oxucuların sifarişi əsasında elektron bazada olmayan 40 min tammətnli elektron resurs yaradaraq oxucuların elektron poçt ünvanına göndərilməsini təmin edib. Həmçinin, müxtəlif mövzular üzrə çoxlu sayda elektron məlumat bazaları, virtual elektron sərgilər, daycestlər və digər elektron nəşrlər hazırlayaraq Milli Kitabxananın saytı və sosial şəbəkələr vasitəsilə oxuculara təqdim edilib. O, qeyd edib ki, bir sözlə pandemiya şəraiti müəyyən mənada bizi yeni iş formaları axtarıb tapmağa və onlayn rejimdə bir sıra xidmətlər göstərməyə sövq etmişdir.

K.Tahirov bildirib ki, ölkədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2021-ci il dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar "Nizami Gəncəvi ili" elan olunmuşdur və Azərbaycan Milli Kitabxanası Nizaminin dünya kitabxanalarında saxlanılan əlyazmalarının digital nüsxələrinin toplanmasını həyata keçirir və bugünədək dünyanın 48 kitabxanasından 108 əlyazmanın elektron versiyasını əldə etmişik. Fürsətdən istifadə edərək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana direktorlarına müraciət edərək kittabxanalarınızda olan Nizami Gəncəvi əlyazmalarının digital (elektron) nüsxələrinin Azərbaycan Milli Kitabxanasına göndərməyinizi xahiş edirəm.

K.Tahirov onu da vurğulayıb ki, 2023-cü ildə Azərbaycan Milli Kitabxanası özünün 100 illik yubileyini qeyd edəcəkdir və fürsətdən istifadə edərək 2023-cü ilin sentyabrında keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana Direktorları Şurasının növbəti toplantısının Bakıda keçirilməsini təklif edir və Sizin hamınızı Bakıya dəvət edirəm. Prof. K.Tahirovun bu təklifi məmnuniyyətlə qəbul olundu və bu təklifə görə ona təşəkkürlərini bildirdilər.

 

 

 


16:00 - 16/06/2021    /    say : 770387    /    göstərmə sayı : 74


Users Comment
No Comment for this news
Your Comment
ad :
elektron poçt : 
*şərhlər :
Captcha:
 





axtarış
Sürətli axtarış Şəbəkədı axtarışı
banners
Ali Dini Rəhbərin rəsmi saytı

Böyük Rəhbərin saytı

iran səfirliyi

Əhlibeyt informasiya agentliyi

Beynəlxalq Quran agentliyi

İmam Rza (ə) bruşur

İmam Xomeyni Universiteti

Şeyx Hüseyn Ənsariyanın rəsmi saytı

İslami oyanış

حج

جمهوري اسلامي ايران
vote
səsvermə aktiv deyil
UsersStats
Səhifənin ziyarətçiləri: 433519
Günün ziyarətçiləri : 1
Səhifənin ziyarətçiləri : 561800
Onlayn ziyarətçilər : 1
Ziyarət zamanı : 1.5611