Tuesday, October 26, 2021
 
Başlıq
loqin
istifadəçinin adı :   
parol :   
 
Captcha:
[imzalayın]
NewsletterSignup
ad :   
elektron poçt :   


  çap        Dosta göndərin

mərasim

Bakıda İmam Rzanın (ə) mövludu qeyd olundu

 

 

 

 

 

 

 

 

Kəramət həftəsi və səkkizinci imam Əli ibn Musa Rzanın (ə) mübarək mövludu münasibətilə iyirmi bir iyun tarixində İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində ədəbi məclis təşkil edildi. Bu məclisdə tanınmış şairlərdən professor Şahin Fazil, Dr. Vüqar Əhməd, Hacı Soltan Əlizadə, Seyid Nurəddin Darafərin, Arif Buzovnalı, Elşən Xəzər, Gülbala Fənayi, Adil Əkbər iştirak edirdilər. İran Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan qonaqları salamlayaraq kəramət ongünlüyü və İmam Rzanın (ə) mövludu münasibətilə təbrik dedi.

Bu xaotik dünyada bütün ümidsiz insanlar təhlükəsiz bir sığınacaq axtarırlar və heç bir şəxs İmam Rzanı əvəz edə bilməz. Bu iki il ərzində dünya insanları ürəklərini səkkizinci İmamın ziyarəti ilə darıxır və bu imamın Azərbaycandakı aşiqləri sərhədlər açılan kimi müqəddəs Məşhəd şəhərinə getməyi və  o imamı yaxından ziyarət etməyi səbirsizliklə gözləyirlər.

İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Mədəniyyət Mərkəzi Xorasan Rəzəvidəki İmam Rza Fondu ilə birlikdə İmam Rzaya ürək sözləri müsabiqəsi təşkil etdi və bu iştirakçılardan bəziləri dərin həsrətlərini göstərən kliplərini və ürək sözlərini bu müsabiqənin katibliyinə göndərdilər və bu da bizi bu ədəbi məclisin sosial məsafələrin və sağlamlıq protokollarına riayət etməklə tanınmış insanların iştirakı ilə bu tədbiri keçirməyimizə səbəb oldu  və ümid edirik ki, bu tədbir digər ədəbi görüşlərimizin bu ölkədə keçirilməsi üçün başlanğıc olacaqdır.

Cənab Purmərcan daha sonra əlavə etdi: İmam Rza (ə) məqbərəsi İranın və Xorasan Rəzəvinin qəlbində yerləşir, bütün aşiqləri və pənahsızlar üçün sığınacaq olan qiymətli bir yerdir. Səkkizinci İmam (ə) xüsusi ləqəbləri ilə tanınır. Bu xüsusiyyətlərin hər biri İmam Rza (ə) -ın sifət və xüsusiyyətlərinin bir hissəsinə işarə edir. Əli İbn Musa əl-Rza (ə) -ın fərqli ləqəbləri vardır ki, bunların arasında bu xüsusiyyətlərin bəzilərindən daha çox şeir və ədəbi kitablarda digərlərindən daha çox bəhs olunur və onlar haqqında bir çox şeir deyilir. Bu xüsusiyyətlər arasında aşağıdakıları qeyd edə bilərik: pənahsızların sığınacağı, pənahsızların həkimi, çarəsizlərin sığınacağı, maralın zamini, aşiqlərin qibləsi, aşiqlərin göz yaşlarının alıcısı, Ali heydərin mehribanı, xalqın qəyyumu, Xorasanın sultanı, qəriblər qəribi, abır həya qoruyucusu, ehsan əhli, qonaqpərvər, hacətlər qapısı, çətinlikləri həll edən, Allah çırağı, Doğruçu, Ali Muhəmmədin alimi, Zəkavətli, Rza və s.. Bu cür xüsusiyyətlərə və titullara sahib olan İmam Rza (ə) dünyanın arifləri, mütəfəkkirləri, şairləri və alimləri arasında xüsusi bir yer tutur və bu baxımdan çox sayda Azərbaycanca şeirlər var ki, bu gün bu sonsuz xəzinənin bir hissəsini görəcəyik.

Mədəniyyət Mərkəzinin sədri dini mövzularda və şeirlərə aid 30 cilddən çox kitab yazan Buzovna Cümə Məscidinin ruhanisi və şair Hacı Soltan Əlizadə çıxışında İmam Rza (ə) haqqında bunları söylədi: " Bu gün İmam adının ətrafına toplandığımız üçün qürur duyuruq. O imama olan sevgimizi və sədaqətimizi göstərmək və ziyarətinin sevənləri  üçün açılmasına dua etmək üçün bir araya gəldik.

Hacı Soltan Əlizadə ruhani və Əhli-Beyt (ə) -ın şairi İmam Rza (ə) -ın doğum günü münasibətilə təbrik etdikdən sonra Silsilətul zəhəb hədisinə istinad etdi və hədisi izah etdikdən sonra İmam Rza (ə) -ın şəfaəti haqqında bir hekayə söylədi . Daha sonra Nizami Gəncəvinin Xaqani Şirvani üçün söylədiyi mərsiyəyə toxundu və iştirakçılara Xaqani Şirvaninin İmam Rza (ə) üçün yazdığı bir şeirini oxudu. Qeyd etmək lazımdır ki, Hacı Soltan Əlizadə Rəzəvi Şeir Festivalının xarici bölməsində ən yaxşılardan biri seçilmişdir.  

Azərbaycanın məşhur şairlərindən olan Arif Buzovnalı bu görüşü təşkil etdiyinə görə təşəkkür etdi və bu görüşlərin keçirilməsinin şairlər , mədəniyyət və ədəbiyyat xadimləri ilə görüşməkdə vacib olduğunu söylədi. Mövlud görüşləri mədəniyyət xadimlərini toplamaq üçündür. Bu cür görüşlərdən çoxdan bəri uzaq idik və İran İslam Respublikası Səfirliyinin Mədəniyyət Mərkəzi  bu gün bunu həyata keçirtdi Azərbaycan şairləri uzun müddətdir Təbriz və Ərdəbildə olan Əhli-Beyt şairləri ilə yaxın münasibətlərdə olublar və Əhli-Beyt (ə) bu sahədə çox güclü bir əlaqədir. Daha sonra iştirakçılara İmam Rza (ə) -la əlaqəli şeirlərindən bir şeir oxudu.

Tədbirin  digər iştirakçılarından Seyid Nurəddin Darafarin bu xeyirxah görüşün keçirilməsinə görə təşəkkür edərək İranın yeni prezidenti seçilməsi münasibətilə təbrik etdi. İmam Rza (ə) Festivalında iştirakla bağlı xatirələrini xatırlatdı və şeirlərindən  birini tamaşaçılara təqdim etdi. Xatırladaq ki, Nurəddin  Darafarin Rəzəvi Festivalının əsas qaliblərindən biri olmuşdur.

Azərbaycan Elmlər Akademiyasının görkəmli ədəbiyyat professorlarından biri və görkəmli şairlərdən biri və 32 cilddən çox kitab müəllifi  prof.Vaqar Əhməd daha sonra çıxış etdi. O, İranı ədəbiyyat və mədəniyyət beşiyi adlandırdı  və İmam Rzanın İranda qiymətli bir inci olduğunu qeyd edərək  yer üzündə bərəkətinin qalıcı olacağını bilirdi. Təbriz, Tehran və Ərdəbil ilə ədəbi və mədəni əlaqəsinin uzun illər olduğunu qeyd edərək bir kitabının keçən ay Tehran və Təbrizdə çapa hazırlandığını dedi. Qeyd etmək laımdır ki.Vüqar Əhməd də İranda keçirilən Rəzəvi Festivalının xarici hissəsinin qaliblərindən biri olmuşdur. Daha sonra  İmam Rza haqqında şeirlərini oxudu.

Bu proqramın davamında tanınmış şair Hacı Səyyar və ruhani və şair hacı gülbala Fənayi İmam Rza haqqında şeir oxudular.  Azərbaycanın gənc şairlərindən olan cənab Adil Əkbər şeirlərindən bir şeir parçası və bu mərasim üçün yazdığı yeni bir qəzəlini oxudu . Cənab Şahin Fazil özünün Səfərnamələr kitabı barədə danışaraq qeyd etdilər ki 30 dəfə İrana səfər etmişdir. Bu Səfərnamə İran Mədəniyyət Mərkəzi tərəfindən çap edilmişdir.

Məclisin sonunda cənab Purmərcan dinləyicilərə İran şairlərinin fars və türk şeirlərindən parçalar oxudu. Rəzəvi Festivalının qaliblərinə hədiyyəlr təqdim edildi.  Həmçinin tədbirdə iran Mədəniyyət Mərkəzi tərəfindən keçirilən İmam Rzaya (ə) ürək sözləri müsabiqəsinə göndərilən kliplərdən biri tamaşaçılara təqdim olundu.  

Qeyd etmək lazımdır ki, bəzi saytlar bu tədbiri işıqlandırmışlar:

https://www.mustaqil.az/?p=83395

http://science.gov.az/az/news/open/17257

https://azertag.az/xeber/Vuqar_Ahmed_beynelxalq_seir_musabiqesinin_qalibi_olub-1812769

http://olkepress.com/cemiyyet/9843-vqar-hmd-beynlxalq-eir-msabiqsinin-qalibi-olub.html

 

 

 


11:59 - 22/06/2021    /    say : 770556    /    göstərmə sayı : 87


Users Comment
No Comment for this news
Your Comment
ad :
elektron poçt : 
*şərhlər :
Captcha:
 





axtarış
Sürətli axtarış Şəbəkədı axtarışı
banners
Ali Dini Rəhbərin rəsmi saytı

Böyük Rəhbərin saytı

iran səfirliyi

Əhlibeyt informasiya agentliyi

Beynəlxalq Quran agentliyi

İmam Rza (ə) bruşur

İmam Xomeyni Universiteti

Şeyx Hüseyn Ənsariyanın rəsmi saytı

İslami oyanış

حج

جمهوري اسلامي ايران
vote
səsvermə aktiv deyil
UsersStats
Səhifənin ziyarətçiləri: 433528
Günün ziyarətçiləri : 14
Səhifənin ziyarətçiləri : 561813
Onlayn ziyarətçilər : 1
Ziyarət zamanı : 0.9710