Tuesday, October 26, 2021
 
Başlıq
loqin
istifadəçinin adı :   
parol :   
 
Captcha:
[imzalayın]
NewsletterSignup
ad :   
elektron poçt :   


  çap        Dosta göndərin

Mesaj

Ayətullah Seyid Əli Xameneinin Həcc günləri ilə əlaqədar mesajı

 

 

 

 

 

 

"Bismillahir Rəhmanir Rəhim!

 

Dünyanın hər bir yerində olan müsəlman bacı və qardaşlar! 

 

Bu ildə islam  ümməti  böyük Həcc nemətindən məhrum oldu.  Çox təssüf ki, şövqlü qəlblər Allah- Taalanın əzəmətli evində ziyafətdə olmaqdan məhrum oldular. 

Artıq ikinci ildir ki, mənəvi həcc mövsümü sevinci  həsrət və ayrılıq mövsümünə çevrilib.  Epidemik xəstəlik bəlası və bəlkə də müqəddəs hərəmi idarə edənlərin siyasətlərinin bəlası möminlərin həvəsli gözlərini İslam ümmətinin vəhdət,  əzəmət və mənəviyyat simvolunu görməkdən məhrum edir. Bu əzəmətli   zirvəni buludlarla və tozlarla örtür.  

Bu imtahan İslam ümmətinin tarixi keçmişində olan digər imtahanlar kimi  ardınca parlaq bir gələcək gətirə bilər.  Önəmli olan odur ki, Həcc öz həqiqi simasında müsəlman xalqın qəlbində və canında yaşasın.  Hazırda  müvəqqəti olaraq Həccin əməlləri olmasa da onun  ali mesajı solmasın. 

Həcc, sir dolu bir ibadətdir. Öz gözəl tərkibi ilə müsəlman fərdin və cəmiyyətin kimliyini formalaşdırır və  onu dünya xalqlarının gözündə gözəlləşdirir. 

Bir tərəfdən  bəndələrin qəlbini ruhən yüksəldir, zikr, təvazökarlıq və dua ilə onları Allaha yaxınlaşdırır, digər tərəfdən isə dünyanın hər yerindən eyni geyim, eyni istiqamət və  koordinasiyalı hərəkəti  ilə dünyanın dörd guşəsindən toplaşan qardaşların vəhdət və birlik bağlarını möhkəmləndirir.  

Digər tərəfdən İslam ümmətinin ali simvolunu bütün mənalı və sirli ayinləri ilə dünyanın gözü önünə qoyur və ümmətin əzmini və əzəmətini bədxahlara göstərir. 

Bu il həcc mövsümündə  Allahın əzəmətli evinə əlimiz çatmır, lakin ev sahibinə diqqət, zikr, təvazökarlıq, münacat və tövbəyə əlimiz çatır.  Ərəfata gedə bilməsək də, Ərəfə günü mərifət artıran dua və münacatı edə bilərik.  Minada şeytanı daşlamaq mümkün deyil, lakin  hegemon şeytanları küncə sıxışdırmaq və uzaqlaşdırmaq hər yerdə mümkündir. Kəbə ətrafında iştirakımız mümkün deyil, lakin  qəlblərin Qurani-Kərimin ayələri ətrafında toplaşması və  Allahın ipindən yapışması hamının vəzifəsidir.

Bu gün biz müsəlmanlar böyük bir cəmiyyətə, geniş bir əraziyə, saysız-hesabsız təbii sərvətlərə və ayıq-sayıq millətlərə sahibik. Biz öz əlimizdəki bu imkan və potensiallarla gələcəyimizi formalaşdırmalıyıq. 

Bu gün biz müsəlmanlar böyük bir cəmiyyətə, geniş bir əraziyə, saysız-hesabsız təbii sərvətlərə və ayıq-sayıq millətlərə sahibik. Biz öz əlimizdəki bu imkan və potensiallarla gələcəyimizi formalaşdırmalıyıq.  

Bu gün bir çox ölkələrin elmdə geridə qalması və siyasi asılılığı həmin passivliyin və qeyri-adekvatlığın nəticəsidir. Bu gün  xalqlarımız, gənclərimiz, alimlərimiz, din alimlərimiz, ziyalı vətəndaşlarımız, siyasətçilərimiz və  partiyalarımız o utancverici keçmişin əvəzini çıxmalıdır.   Onlar ayağa qalxmalı və Qərb güclərinin zorakılığı, müdaxiləsi və zülmünə qarşı "müqavimət"  göstərməlidir.

Dünya hegemonlarını narahat edən və qəzəbləndirən İran İslam Respublikasının yeganə sözü də məhz bu  "müqavimət"ə dəvətdir.

Müqavimət, yəni ABŞ-ın və digər təcavüzkar güclərin müdaxilələri və zorakılıqları qarşısında dayanmaq  və  İslam maarifinə söykənərək İslam dünyasının gələcək taleyini ələ almaq. 

Təbii ki, ABŞ və onun müttəfiqləri   "Müqavimət" adına çox həssasdırlar. Elə buna görə də,  İslami müqavimət cəbhəsi ilə  hər növ düşmənçilik edirlər.   Acı həqiqət olan bölgə dövlətlərinin bəzilərinin onlarla müttəfiq olması həmin çirkinliklərin davamıdır.  

Həcc əməllərində (səy, təvaf, ərəfat və şeytanı daşlamaq) və Həccin vəhdət, əzəmət və şüarlarında bizə göstərilən doğru yol (sirati-müstəqim) , Allaha təvəkkül etmək , Allahın tükənməz gücünə diqqət yetirmək,  özgüvənlilik,  çalışmaq, irəliləməkdə əzmkar olmaq və qələbəyə ümiddir.

İslam coğrafiyasında baş verən hadisələr bu ümidi və əzmkarlığı daha da artırır.  Bir tərəfdən, İslam dünyasında baş  verən xoşagəlməz hadisələr, elmi geriləmələr,  siyasi asılılıqlar,  ictimai və iqtisadi çatışmazlıqlar  bizi böyük öhdəliklər qarşısında qərar verir və yorulmadan çalışmağa sövq edir. İşğal olunmuş Fələstin bizi köməyə çağırır,  Qana boyanmış məzlum Yəmən qəlblərimizi  ağrıdır, Əfqanıstanda baş verən müsibətlər hamını narhat edir,  ABŞ və müttəfiqlərinin müdaxiləsi və çirkin əli olan İraq, Suriya, Livan və  bəzi digər müsəlman ölkələrindəki acı  hadisələr   gənclərin qeyrətini çuşa gətirir və mübarizə aparmaq üçün onlara ilham verir.   Digər tərəfdən , bütün bu həssas bölgələrdə müqavimət nişanələrinin baş qaldırması,  xalqların oyanışı, istedadlı gənc nəslin motivasiyası qəlbləri ümidlə doldurur. 

Fələstində  bütün sahələrdə "Qüds qılıncı" qınından çıxarılıb.  Qüdsdə, Qəzzada, İordan çayının qərb sahilində,  1948-ci ildə işğal olunmuş ərazilərdə, qaçqın düşərgələrində  hamı ayağa qalxdı və  12 gün ərzində təcavüzkarların burnunu yerə sürtdü.  Mühasirədə saxlanılan və yalqız qalan Yəmən  7 ildir ki,  daşürəkli, məzlumları qətlə yetirən pis düşmənin cinayətllərinə və təcavüzünə dözür.  Yoxsulluq, ərzaq və dərman çatışmazlığı ilə üz-üzə olsa da, təcavüzkarlara  boyun əymir və onları öz təşəbbüs və gücü ilə torpaqlarından qovur. 

İraqda müqavimət gücləri  aydın və birmənalı olaraq işğalçı ABŞ və onun əlaltısı olan İŞİD-i  geriyə otuzdurur. Öz qətiyyətli iradələri ilə   ABŞ və müttəfiqlərinin hər növ dəxalət və çirkin planları ilə çəkinmədən mübarizə aparırlar. 

Amerikalıların təbliğat maşınının İraqda,  Suriyada, Livanda və digər ölkələrdə müqavimət güclərinin və qeyrətli gənclərin əməl və istəklərini  təhrif edərək, onların gördüyü işləri hər hansı bir ölkəyə bağlamağa çalışması  bu qorxmaz və oyaq gənclərə hörmətsizlik və  Amerikalıların bölgə xalqlarını düzgün  analiz edə bilməməsi və düzgün anlamamsından  irəli gəlir. 

Elə bu düzgün analiz edə bilməmək və düzgün anlamamaq ABŞ-ın Əfqanıstanda təhqir olmasına səbəb oldu.  İyirmi il öncə səs-küylə bu ölkəyə girdikdən, uzun illər  müdafiəsiz və dinc sakinlərin üzərinə bomba və güllə yağdırdıqdan sonra  özünü batlaqda hiss etdi və  öz hərbi güc və texnikasını Əfqanıstandan çıxartdı. Əlbəttə, Əfqanıstanın oyaq xalqı  ABŞ-ın yumşaq müharibə silahları və kəşfiyyat vasitələri qarşısında ayıq-sayıq olmalı və mübarizə aparmalıdırlar. 

Bölgə xalqları ayıq-sayıq olduqlarını sübut ediblər. Həmin xalqlar göstəriblər ki,  ABŞ-ı özlərindən razı saxlamaq üçün önəmli Fələstin məsələsində onun istəklərinə boyun  əyən bəzi dövlətlərlə onların yolu  və baxışı fərqlidir.   Qəsbkar sionist rejimlə aşkar və gizlin dostluq nərdi oynayanlar Fələstin xalqının öz tarixi torpaqlarındakı haqqını danırlar, Fələstinlilərin sərmayəsini oğurlayırlar.  Onlar öz ölkələrindəki təbii sərvətləri talan etməklə kifayətlənməyib, indi də Fələstin xalqının sərvətlərini talan edirlər. 

 

Qardaşlar və bacılar!

 

Bizim bölgəmiz və orada baş verən sürətli və dəyişkən hadisələr dərs və ibrət alma sərgisidir.  Bir tərəfdən, təcavüzkarla mübarizə və müqavimət nəticəsində ortaya çıxan qüdrət, digər tərəfdən də, zəifliyi, təslim olması və boyun əyməyə məcbur olması nəticəsində ortaya çıxan zillət.

 Allahın yolunda cihad edənlərə yardım etməsi Allahın sadiq vədəsidir. 

 

اِن تَنصُرُوا اللَّهَ یَنصُرکُم وَ یُثَبِّت اَقدامَکُم.

 

"... Əgər Allaha yardım etsəniz, Allah da sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər."

 

("Muhəmməd" surəsi, ayə 7.)

 

Bu cihadın ilk təsiri ABŞ və  digər beynəlxalq hegemonların  İslam ölkələrinə müdaxiləsi və çirkinliklərinin qarşısını almaqdır, inşallah. 

Mütəal Allahdan müsəlman xalqlarının qələbəsini istəyir, İmam Zamana  (əc)  salam göndərir, böyük İmam Xomeyni və şəhidlərin məqamının ucaltmasını diləyirəm.

 

 

 

 


09:28 - 20/07/2021    /    say : 771511    /    göstərmə sayı : 72


Users Comment
No Comment for this news
Your Comment
ad :
elektron poçt : 
*şərhlər :
Captcha:
 





axtarış
Sürətli axtarış Şəbəkədı axtarışı
banners
Ali Dini Rəhbərin rəsmi saytı

Böyük Rəhbərin saytı

iran səfirliyi

Əhlibeyt informasiya agentliyi

Beynəlxalq Quran agentliyi

İmam Rza (ə) bruşur

İmam Xomeyni Universiteti

Şeyx Hüseyn Ənsariyanın rəsmi saytı

İslami oyanış

حج

جمهوري اسلامي ايران
vote
səsvermə aktiv deyil
UsersStats
Səhifənin ziyarətçiləri: 433520
Günün ziyarətçiləri : 2
Səhifənin ziyarətçiləri : 561801
Onlayn ziyarətçilər : 1
Ziyarət zamanı : 1.4151