Tuesday, December 7, 2021
 
Başlıq
loqin
istifadəçinin adı :   
parol :   
 
Captcha:
[imzalayın]
NewsletterSignup
ad :   
elektron poçt :   


  çap        Dosta göndərin

Festival

İran İslam Respublikası doqquzuncu beynəlxalq festivalda iştirak etmişdir

 

 

 

 

 

 

 

ADA Universitetində otuz üç ölkənin iştirakı ilə doqquzuncu beynəlxalq festival keçirilmişdir. Pandemiya dövrünün protokollarına əsasən festival üç gün ərzində keçirilmişdir. Festivalın üçüncü günü Əlcəzair, Azərbaycan, Bolqarıstan, Avropa İttifaqı, macarıstan, İran, İraq, meksika, Fələstin , Qatar, İngiltərə və Tacikistan iştirak etmişlər. Hər bir ölkə öz bölməsində mədəniyyət, aşpazlıq, təhsil, turizm və incəsənət sahəsində öz imkanlarını nümayiş etdirmişlər.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi bu festivalda iştirak edərək turizm imkanları, dini və tarixi məkanları tanıtmışdır. İştirakçılara İrana məxsus şirni nümunəsi və məşhur rəssam Fərşçiyanın əsəri əks olunan kartlar hədiyyə edilmişdir.

İştirakçı ölkələrin səfirləri açılış mərasimində iştirak edərək on dəqiqə müddətində öz ölkələrini tələbələrə tanıtmışlar.

İran İslam Respublikasının Azərbaycandakı səfiri cənab Seyid Abbas Musəvi çıxışında belə demişdir:

İran İslam Respublikasının qardaş və dost ölkə olan Azərbaycandakı səfiri olaraq, sizə hörmətli Ada Universitetinin tələbələri və professorlarını görməkdən qürur duyuram və 7000 illik mədəniyyəti və sivilizasiyası olan İran haqqında bir neçə söz demək istərdim.

Şübhəsiz ki, İranın çox qədim bir sivilizasiyaya malik olduğunu və dünyanın hər yerindən hər insanı cəlb edən Tanrının verdiyi və təbii gözəlliklərinə sahib ən qədim ölkələrdən biri olduğunu bilirsiniz. Əgər bu cəzzabiyyətin səbəbini soruşsanız cavabında deyəcəklər:

1 İranda olan qədim mədəniyyət və müxtəlif mədəniyyətlərin olması

2 İran xalqının mehriban və qonaqpərvər olması

3 İranda müxtəlif millətlərin, dillərin, mədəniyyətlərin özlərinə məxsusmədəniyyət və musiqilərinin olması

4 İranın dörd fəslə malik olması

5 Fövqəladə və müxtəlif qədim memarlıq nümunələrinin olması

6 Xarici turistlər üçün  ləzzətli və ucuz yeməklərin olması

7 müxtəlif növ xalça və quru meyvələrdən ibarət sovqatların olması

8 YUNESKO da daha çox qeydə alınan şəhər və kəndlərin olması. Ümumilikdə 48 şəhər dünya üzrə qeydə alınmışdır ki, bunlardan 14 şəhər və kənd İrana məxsusdur.

9 Böyük və zəngin universitetlərin olması, onların yüksək elmi imkanları və xarici tələbəllər üçün ucuz olması

10 Sağlamlıq sahəsində gözə çarpacaq dərəcədə inkişafın olması

11 Əlli beş milyondan çox insanın internetdən istifadə edə bilməsi və dünya üzrə 17 ci yerdə olması

12   İranın kosmos sahəsində inkişafı (15 ci yer) ana hüceyrələrin inkişafı üzrə dünyada ikinci yer

Bunlar İrana səfər etmək üçün kiçik hissələr idi. Sonda demək istərdim ki İran cəmiyyəti cavandır və onlardan 16 milonu məktəbli və 4 milyonu isə tələbədir. Bir daha ADA Universitetinin rektoru cənab Paşayevə öz təşəkkürlərimi bildirirəm.

Qeyd etmək lazımdır ki, cənab paşayevə iran bölməsində Şahnamə əsərinin tərcümə edilmiş iki cildi hədiyyə edildi.

Sonda tələbələr aasında soruğu sual keçirildi və hər ölkə barədə iki sual verildi və səfirlər onlara hədiyyələr təqdim etdilər. 

 

 

 

 


09:12 - 24/06/2021    /    say : 770625    /    göstərmə sayı : 122


Users Comment
No Comment for this news
Your Comment
ad :
elektron poçt : 
*şərhlər :
Captcha:
 





axtarış
Sürətli axtarış Şəbəkədı axtarışı
banners
Ali Dini Rəhbərin rəsmi saytı

Böyük Rəhbərin saytı

iran səfirliyi

Əhlibeyt informasiya agentliyi

Beynəlxalq Quran agentliyi

İmam Rza (ə) bruşur

İmam Xomeyni Universiteti

Şeyx Hüseyn Ənsariyanın rəsmi saytı

İslami oyanış

حج

جمهوري اسلامي ايران
vote
səsvermə aktiv deyil
UsersStats
Səhifənin ziyarətçiləri: 437615
Günün ziyarətçiləri : 20
Səhifənin ziyarətçiləri : 566764
Onlayn ziyarətçilər : 1
Ziyarət zamanı : 1.5461