Sunday, November 18, 2018
 
Başlıq
loqin
istifadəçinin adı :   
parol :   
 
Captcha:
[imzalayın]
NewsletterSignup
ad :   
elektron poçt :   


  çap        Dosta göndərin

Fars körfəzi körpüsü İranın yeni ticarət qapısı

 Bəndər Abbas – İranın yeni ticarət körpüsü Fars körfəzi körpüsü tikintisinin başlaması dövlətin ən parlaq xidmətlərindən biridir. Bu körpünün tikilməsi məntəqə üçün yeni imkanlar yaradacaq. Lafət nahiyəsindən daş körpü cəzirənin şimalından qarşı sahilə qədər 2 kilometr fasilədədir və bununla Qeşm adası ilə İranın cənub sahilləri arasında əlaqə yaradacaq. Qeşm adası Fars körfəzində və Hörmüz boğazında böyük turizm və ticarət mərkəzinə çevriləcək. Ancaq müxtəlif səbəblər üzündən bu layihənin həyata keçməsi onuncu dövlətin zamanına qədər təxirə düşdü. İslam inqilabının baş verməsi və məcburi müharibə üzündən  bu layihənin həyata keçməsi kənarda qaldı. Nəhayət doktor Əhmədinəjadın Hörmüzgan vilayətinə səfəri zamanı Fars körfəzi körpüsünün tikilməsi xəbəri 3 on illikdən sonra rəsmi surətdə elan olundu. Prezidentin müavini bu proyektin həyata keçməsini azad ticarət zonalarında həyata keçirilən ən mühüm proyektlərdən olduğunu deyərək qeyd etdi ki, Bu təxminən iki min kilometrlik körpünün tikintisi Qeşm adasının ölkə ilə əlaqəsini yaradacaq və bununla da adanın azad ticarət zonası kimi inkişaf etməsinə səbəb olacaq. Həmid Bəqayi tranzitin asanlaşması və dəmir yolunun buradan keçməsini bu körpünün üstünlüklərindən saydı və bildirdi ki, neft və digər yanacaq çatdırma sahəsində də yeni imkanlar yaradacaq. Bəqayinin dediyinə əsasən bu proyektin 85 faiz xərci qeyri dövlət və 15 faizi isə dövlət büdcəsindən olacaqdır.

 Qeşm azad ticarət zonası idarəsinin müdiri bildirdi ki, Bu körpünün tikintisi Qeşm adasının 20 dən çox siyasi, iqtisadi və ictimai üstünlüyə malik olmasına səbəb olacaq. Seyid Rza Musəvinin dediklərinə əsasən Fars körfəzi körpüsünün tikintisi ilə Qeşm şimal-cənub koridorunda olacaqdır və böyük ticarət anbarına və mal paylanması mərkəzinə çevriləcəkdir. Musəvinin dediyinə əsasən Qeşm Orta Asiya ölkələri üçün anbar və mal paylanan bir məntəqəyə çevriləcəkdir. Bu körpünün tikilməsi ilə daxili və xarici investisiya qoyanlar buraya cəlb olunacaqlar.

 Bu körpü 2200 kilometr uzunluğunda olacaq və 650 milyon avro dəyərində bura sərmayə qoyulacaqdır. Bu körpünün tikilməsi 1973 cü ildən diqqətdə olmuş və hal hazırda ölkənin çiçəklənməsinə xüsusilə də tranzit sahəsində səbəb olacaqdır. 2013 ilə qədər tikintinin sona çatması gözlənilir.


15:43 - 15/03/2011    /    say : 561544    /    göstərmə sayı : 159


Users Comment
No Comment for this news
Your Comment
ad :
elektron poçt : 
*şərhlər :
Captcha:
 





axtarış
Sürətli axtarış Şəbəkədı axtarışı
banners
Ali Dini Rəhbərin rəsmi saytı

Böyük Rəhbərin saytı

iran səfirliyi

Əhlibeyt informasiya agentliyi

Beynəlxalq Quran agentliyi

İmam Rza (ə) bruşur

İmam Xomeyni Universiteti

Şeyx Hüseyn Ənsariyanın rəsmi saytı

İslami oyanış

قرآن

حج

جمهوري اسلامي ايران

سايت هاي مفيد
vote
səsvermə aktiv deyil
UsersStats
Səhifənin ziyarətçiləri: 380158
Günün ziyarətçiləri : 1
Səhifənin ziyarətçiləri : 476354
Onlayn ziyarətçilər : 1
Ziyarət zamanı : 1.0000